Bu gün:

İnsan əti yeyən rəssam: Rik Gibson


Rik Gibson — 1980-ci illərin sonunda İngiltərədə performans sənəti adına etdiyi ilə “bu qədər də yox artıq” deməyə səbəb olan adamlardan biridir. O, kanadalı heykəltəraş və performans sənətçisidir. Amma Rik Gibson "elə-belə sərgi açım, mərmər yonum" deyə düşünmür. Onun üslubu daha çox sərhədləri zorlayan, narahatlıq doğuran növdəndir.Bir gün Gibson gəlir və “İnsan bədəni də sənətin bir hissəsi ola bilər”,-deyərək bir performans elan edir. Amma bu, adi bir nümayiş deyil. Rik Gibson izləyicilərin gözü qarşısında insan barmağından bir parça yeyir. O bu insan toxumasını bir kadavradan əldə etdiyini və onu tamamilə qanuni yollarla, elmi bir mənbədən aldığını bildirir. Bu toxuma tibbi araşdırmalar üçün istifadə olunan bir bədən hissəsi olub. Lakin Gibson bunu sənətinə daxil edir və yeyir.

Hadisənin məqsədi sərhədləri yoxlamaqdır. “İnsan əti yemək sənət ola bilərmi?”, “Bədən harada başlayır, harada sənət olur?” kimi suallar ortaya atılır. Əlbəttə, cəmiyyətin böyük əksəriyyəti bu performansa dəli kimi baxır. Media çalxalanır. Bəzi ölkələrdə onun haqqında qadağa qərarları çıxarılır. Hətta Kanadaya getmək istədikdə keçmiş performansları səbəbindən ölkəyə buraxılmır.

Rik Gibsonun tək qeyri-adi hadisəsi bu deyil. Başqa bir performansında iki hamsterə canlı-canlı qol saatı taxmağa cəhd edir. Məqsədi yenə aydındır: insanın heyvanlara və təbiətə müdaxiləsini sorğulamaq. Amma üsul o qədər narahatedici olub ki, heyvan hüquqları müdafiəçiləri ayağa qalxıblar.

Gibson indi həyatda olsa da, susqundur. Bəlkə də dövr artıq onun kimi sərt və sarsıdıcı sənətçilərə daha az yer ayırır.

Mənbə: Buzz feed 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et