ABŞ Prezidenti Donald Tramp ölkənin ən çox izlənilən iqtisadi göstəricilərini dərc edən qurumun rəhbərini işdən çıxaracağını bildirib. Bu qərar gözləniləndən zəif olan məşğulluq hesabatından sonra Trampın tarif siyasəti ilə bağlı narahatlıqları daha da artırıb.
Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada heç bir sübut göstərmədən komissar Erika McEntarferi məşğulluq göstəricilərini siyasi məqsədlərlə manipulyasiya etməkdə ittiham edib.
Bu qərar Volstriti şoka salıb və Ağ Evin iqtisadi göstəricilərə müdaxiləsi ilə bağlı narahatlıq yaradıb. Bir çox iqtisadçı Trampın tarif siyasətinin iqtisadiyyata zərər verəcəyini proqnozlaşdırdığı bir vaxtda bu hadisə baş verib.
Trampın dünya üzrə mallara tətbiq olunan tarifləri kəskin artırmaq planlarını irəli aparması fonunda qlobal fond bazarlarında da silkələnmələr yaşanıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
