Avqustun 1-də saat 07:30 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan1965-ci il təvəllüdlü şəxsə açıq kəllə beyin travması, ağır dərəcəli baş-beyin əzilməsi, bud sümüyünün sınığı, komatoz vəziyyət, 1971-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Hər iki yaralı tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə yerində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Baku.ws
