Bu gün:

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb


Bu gün 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub. 


 Bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.

Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən ərazidə avtomobilin skuter sürən azyaşlını vurması ilə bağlı görüntülər yayılıb.


Baku.ws

Paylaş
Şərh əlavə et