Bu gün:

Dünyanın ən qorxulu 5 yeri


İnsanlar başqa bir ölkəni və ya şəhəri görmək istədikdə, ümumiyyətlə, gözəlliyi ilə seçilən yerlərə üstünlük verirlər. Ancaq bəzi yerlər var ki, oraya getmək böyük cəsarət istəyir.


1. Ilha da Queimada Grande-Braziliya

Braziliyadakı bu adada dünyanın ən zəhərli ilanı sayılan təxminən 4 min nizə başlı ilan növü yaşayır. Bu adada insan yaşayış məkanları yoxdur. Adaya yalnız cəsarət edə biləcək elm adamları gəlir.



2. Zəhərli bağça-İngiltərə

Məşhur Alnvik bağının bir hissəsi olan bu zəhərli bağda böyüyən gülləri iyləmək ölümcüldür. 2005-ci ildən bəri bu zəhərli güllər yetişdirilir.

3. Metro sistemi-Cincinnati Ohio

Queendə inşasına başlayan metro 1990-cı illərdə iqtisadi səbəblərdən dayandırıldı. Yarımçıq tamamlanmış tunellərdən ibarətdir və tərk edilmiş avtomobillərlə birlikdə şəhərdə ürkütücü bir mənzərə yaradır.


4. Jasob Quyu-Texas

Macəra həvəskarlarının üzdüyü bu hovuz, əslində, sualtı mağaralardan ibarətdir. Ancaq bu günə qədər bunu ciddiyə almayan 8 nəfər bu quyuda itdi və sualtı mağaralarında öldü.

8. Xaç təpəsi-Litva

Xaç təpəsi Litvanın dini bölgəsinin mərkəzində yerləşir və adını 150 il əvvəl təpəyə qoyulmuş xaçlardan alır. Sovet İttifaqı dövründə təpədəki xaçlar dəfələrlə yıxılsa da, dindarlar yenidən təpədə daha çox sayda xaç düzəltdilər. Hazırda təpədə 100 mindən çox xaç quraşdırılıb.

Mənbə: Milliyet

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et