Bu gün:

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edilib


Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər 33 vilayətdə 97 şübhəli barəsində məhkəmə prosesi aparılıb. 97 şübhəlidən 21-i həbs olunub, 47-si haqqında isə məhkəmə nəzarəti qərarı verilib.

Nazir Yumaklı deyib ki, ölkə üzrə 28-i meşədə, 48-i kənd yerlərində olmaqla baş verən 76 yanğınla mübarizə aparılıb.

Paylaş
Şərh əlavə et