Bu gün:

Meta, oktyabrdan etibarən Aİ-də siyasi reklamları dayandıracaq


Facebook və Instagram-ın ana şirkəti olan ABŞ mənşəli Meta Platforms, Avropa İttifaqının (Aİ) siyasi reklamlara dair tənzimləmələrinin yaratdığı hüquqi qeyri-müəyyənlik səbəbilə, oktyabr ayından etibarən Aİ ölkələrində siyasət, seçki və sosial məzmunlu reklamlara yer verməyəcəyini açıqlayıb.

Aİ-nin böyük texnologiya şirkətlərinin gücünü məhdudlaşdırmaq və onların daha şəffaf fəaliyyət göstərməsini təmin etmək məqsədilə qəbul etdiyi qaydalardan sonra, Google-ın ana şirkəti Alphabet də noyabr ayında oxşar qərar almışdı.

Aİ ölkələrində keçirilən seçkilərə xarici müdaxilə və dezinformasiya təhlükələrinə qarşı qəbul edilən “Siyasi Reklamların Şəffaflığı və Məqsədləri Aktı” (TTPA) adlı yeni tənzimləmə 10 oktyabrdan qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, böyük texnoloji platformalar yayımlanan siyasi reklamların açıq şəkildə göstərilməsini, reklama kimin nə qədər pul xərclədiyini və hansı seçkilərlə bağlı olduğunu bildirməlidirlər. Əks halda, bu şirkətlər illik gəlirlərinin 6 faizinə qədər cərimələnə bilərlər.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nigar Xəlilli

Paylaş
Şərh əlavə et