Bu gün:

Ağdamda 60 ailəyə yeni evlərinin açarları təqdim olunub


İyulun 25-də Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı daxil olub. 60 ailədən ibarət, 232 nəfər yeni salınmış yaşayış massivində evlə təmin olunub.

24media.az AZƏRTAC-a istinad edərək məlumat verir ki, köçürülmə münasibətilə keçirilən tədbirdə Prezidentin Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndələri, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.


Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və azadlıq uğrunda döyüşən qəhrəman Ordumuza təşəkkürlərini bildirib, şəhidlərimizi ehtiramla yad ediblər.


Hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır. Onların sırasında köçürülən sakinlərlə yanaşı, burada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları və müxtəlif sahələrdə çalışan mütəxəssislər də var.


Səidə Abasova


Paylaş
Şərh əlavə et