18–24 iyul tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən əldə olunan məlumata görə, nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər.
24Media.az xəbər verir ki, Kaspi liseyinin XI sinif şagirdi İbrahim Valehli gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Selcan Süleymanlı və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin X sinif şagirdi Zeynəb Məhəmmədli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
Nigar Muştaqova
