Fransa sentyabr ayında Fələstin dövlətini rəsmi olaraq tanıyacaq, bunu Prezident Emmanuel Makron bildirib. Bu addımla Fransa bunu edən ilk G7 ölkəsi olacaq.
Makron X sosial platformasında paylaşdığı məlumatda rəsmi açıqlamanın BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyasında ediləcəyini qeyd edib.
“O, yazıb: “Bu günün təcili ehtiyacı Qəzzadakı müharibənin dayandırılması və mülki əhalinin xilas edilməsidir. Sülh mümkündür. Bizə dərhal atəşkəs, bütün girovların azad edilməsi və Qəzza xalqına kütləvi humanitar yardım lazımdır.”
Fələstin rəsmiləri Makronun qərarını alqışlasa da, İsrailin Baş naziri Benyamin Netanyahu bu addımı “terrora mükafat” adlandırıb və 7 oktyabr 2023-cü ildə Həmasın İsrailə hücumunu xatırladıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
