Xalq artisti Arif Babayevin səhhəti stabilləşib. 24media.az APA-ya istinadən bildirir ki, bunu sənətkarın oğlu Yaşar Babayev deyib. O deyib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbətə doğru dəyişiklik müşahidə olunur. “Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”, - deyə Yaşar Babayev qeyd edib.
Qeyd edək ki, Xalq artisti ötən gün axşam saatlarında kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Kənan Cəfərli
