Bu gün:

ABŞ-də işsizlik müavinəti müraciətləri gözləntilərdən az olub


ABŞ-də işsizlik müavinəti üçün müraciət edənlərin sayı 19 iyulda bitən həftədə 217 min nəfər olub və bu göstərici iqtisadçıların gözləntilərindən aşağı qalıb.

ABŞ Əmək Nazirliyinin açıqladığı mövsümi təsirlərdən arındırılmış məlumatlara görə, 12 iyulda bitən həftədə 221 min nəfər işsizlik müavinəti üçün müraciət edib.

Reuters-in sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin 226 min olacağını proqnozlaşdırırdılar.

ABŞ-də məşğulluq bazarının meyllərini əks etdirdiyi düşünülən dörd həftəlik orta göstərici isə 19 iyulda bitən həftədə 224,500 nəfərə düşüb.

İşsizlik müavinətindən faydalanan ümumi insan sayı isə 12 iyulda bitən həftədə 1.955 milyon nəfərə yüksəlib.

Mənbə: Haber Global

Tərcümə etdi: Nigar Xəlilli

Paylaş
Şərh əlavə et