Bu gün:

Ceyhun Bayramov Somali XİN rəhbəri ilə görüşüb


Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

24media.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub. Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib.


Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et