Bu gün:

Daşınmaz əmlakın qeydiyyatı üçün əsas sənədlərin siyahısı genişləndirilib.


Daşınmaz əmlakın qeydiyyatı sahəsində hüquqi baza təkmilləşdirilib. Prezident İlham Əliyevin imzaladığı 16 iyul 2025-ci il tarixli Fərmanla daha əvvəl hüquqi qüvvəsi olmayan bir sıra sənədlər artıq mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab ediləcək.

İqtisadiyyat Nazirliyindən əldə edilən məlumata əsasən, 24Media.az xəbər verir ki, yeni tənzimləmələrə uyğun olaraq 2001-ci ilədək tərtib olunmuş texniki pasportlar, yerli nümayəndəliklərin torpaqayırma qərarları, sovxoz və kolxoz sənədləri, zəhmətkeş deputatları sovetlərinin qərarları, fərdi yaşayış evlərinin tikintisinə dair 2004-cü ilədək verilmiş sərəncamlar və təsərrüfatbaşına kitablardan çıxarışlara əsaslanan arayışlar çıxarış üçün əsas sənədlər siyahısına əlavə olunub.

Dəyişikliklər nəticəsində təxminən 100 minə yaxın sənədsiz evin qeydiyyata alınması gözlənilir. Yeni qaydalar qeydiyyat prosesini asanlaşdırmaqla yanaşı, vətəndaşların mülkiyyət hüquqlarının tanınmasını da sürətləndirəcək.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et