Pekin şəhərində cümə axşamı Çin və Avropa İttifaqı (Aİ) arasında sammit başlayacaq və burada liderlərin ticarət münaqişəsindən tutmuş Ukraynadakı müharibəyə qədər məsələləri müzakirə etməsi gözlənilir.
Lakin qlobal ticarət, siyasət və Çin Prezidenti Si Cinpinin sammitdə iştirakına dair qeyri-müəyyənlik səbəbindən gözləntilər azalıb. Bildirilir ki, Si Cinpin əvvəllər sammitin ilkin olaraq keçirilməsinin nəzərdə tutulduğu Brüsselə səfərdən imtina edib.
Çin bu həftə təsdiqləyib ki, Si Cinpin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antonio Kosta ilə Pekində görüşəcək.
İlin əvvəlində ABŞ-də Donald Trampın prezidentliyi ilə iki iqtisadi gücün daha da yaxınlaşacağına dair ümidlərlə Aİ-Çin münasibətlərinə optimizm hakim olub.
Lakin aylar sonra Aİ-Çin əlaqələri əvvəlkindən daha gərgin vəziyyətə düşüb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
