Qalatasarayda transfer çalışmalarına sürətlə davam olunur. “Sarı-qırmızılılar” Mançester Siti klubunda gələcəyi hələ də qeyri-müəyyən olan Ederson və İlkay Gündoğanla maraqlanır. Klubun baş məşqçisi Okan Buruk hər iki futbolçunun mümkün transferi ilə bağlı məsələyə aydınlıq gətirib.

Yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirən İstanbul təmsilçisində Leroy Sanedən sonra ikinci imzanın Viktor Osimhen tərəfindən atılması gözlənilir. Keçən mövsüm Qalatasarayda icarə əsasında çıxış edən nigeriyalı hücumçunun transfer hüququnun alınması üçün klub hərəkətə keçib.
Osimhenlə yanaşı, digər mövqelərə də gücləndirmə planlayan Qalatasarayın gündəmində Mançester Siti futbolçuları – İlkay Gündoğan və Ederson dayanır.
Fernando Musleranın komandadan ayrılmasından sonra qapıçı transferi istiqamətində axtarışlara başlayan İstanbul təmsilçisində son günlər Edersonun adı ön plana çıxıb.
Qalatasaray baş məşqçisi Okan Buruk Sky Sports-a verdiyi müsahibədə həm Ederson, həm də İlkay Gündoğan transferi ilə bağlı fikirlərini bölüşüb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
