BMT-nin Ali Məhkəməsi olan Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) verdiyi mühüm qərar iqlim dəyişikliyi ilə bağlı ölkələrin bir-birini məhkəməyə verməsinin qarşısını açıb. Bu, istixana qazlarının tarixi emissiyalarını da əhatə edir.

Lakin Haaqadakı məhkəmənin hakimi çərşənbə günü bildirib ki, iqlim dəyişikliyinin hansı hissəsinin kim tərəfindən törədildiyini müəyyənləşdirmək çətin olacaq.
Qərar məcburi xarakter daşımır, amma hüquqşünaslar hesab edir ki, bu qərarın geniş təsirləri ola bilər.
Bu, iqlim dəyişikliyinə qarşı daha həssas olan və bu sahədə qlobal tədbirlərin yetərsizliyindən narazı qalan ölkələr üçün bir qələbə kimi qiymətləndirilir.
Bənzəri olmayan bu iş Beynəlxalq Ədalət Məhkəməsinə ilk dəfə olaraq təqdim olunub. Onun ideyası 2019-cu ildə iqlim dəyişikliyindən birbaşa təsirlənən, dəniz səviyyəsindən aşağıda yerləşən Sakit okean adalarından olan bir qrup gənc hüquq tələbəsinə məxsusdur.
“Bu gecə sakitliklə yata biləcəyəm. ICJ bizim yaşadıqlarımızı – əziyyətimizi, dözümümüzü və gələcəyimizə olan haqqımızı tanıdı",– deyə dünyada ekstremal hava şəraitinə ən həssas ölkə sayılan Vanuatu adasından Flora Vano bildirib.
“Bu, yalnız bizim deyil, mübarizə aparan bütün ön cəbhədəki icmaların qələbəsidir".
Beynəlxalq Ədalət Məhkəməsi dünyanın ən ali məhkəməsi sayılır və qlobal yurisdiksiyaya malikdir. Hüquqşünaslar BBC-yə bildiriblər ki, bu qərar artıq gələn həftədən istifadə edilə bilər.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
