Bu gün:

Nokia smartfon bazarına qayıdır?


Mobil rabitə sənayesinin əfsanəvi markalarından biri olan Nokia uzun illər səssizlikdən sonra yenidən ortaya çıxmağa hazırlaşıb. Tez bir zamanda silinən şirkətin rəsmi Reddit hesabında diqqəti çəkən bir yazı “Nokia”-nın smartfon bazarına qayıtmağa hazırlaşdığını göstərib. Yazının birbaşa əsas istehsalçılarla əməkdaşlığa çağırdığı görünür və bu inkişaf texnologiya dünyasında həyəcan yaradıb.


“Nokia”-nın qayıdış siqnalı: reddit postu nə deməkdir?

Tez bir zamanda silinən “Nokia”-nın “Reddit”-də verdiyi açıqlama texnoloji dairələrdə böyük maraq doğurub. Yazıda “aparıcı mobil istehsalçıları ilə əməkdaşlıq” vurğulanıb. Bu bəyanat tez bir zamanda silinsə də, “Nokia”-nın mobil məkanı tamamilə tərk etmədiyi aydın olub.

Bu addım “Nokia”-nın hələ heç bir planı rəsmi olaraq elan edilməmiş olsa da, geri dönüş üçün hazırlıqlara başlaması kimi şərh edilib. Ehtimal olunub ki, şirkət smartfon bazarında öz yerini bərpa etmək istəyir və bu sahədə potensial tərəfdaşlıqları araşdırır.


Lisenziyalaşdırma başa çatır: HMD “Global”-in erası bitmək üzrədir

“Nokia”-nın HMD Global ilə hazırkı lisenziya müqaviləsi 2016-cı ildən davam edib. Bu müddət ərzində HMD Nokia brendini daşıyan bir neçə smartfon modelini buraxıb. Bu cihazlar möhkəm quruluşları ilə tanınıb, lakin proqram yeniləmələri, aparat təminatı və kamera performansı kimi sahələrdə gözlənilən uğuru tam əldə edə bilməyib.

Bununla belə, bu lisenziya müqaviləsinin müddəti 2026-cı ildə başa çatır. Bu müddətin yaxınlaşması ilə Nokia-nın öz strategiyasını yenidən müəyyən etmək imkanı olub. Önümüzdəki dövrdə “HMD”-dən başqa istehsalçılarla da səylərini davam etdirmək niyyətində olan “Nokia”-nın keçmişdə işlədiyi Foxconn və Wingtech kimi nəhənglərlə yenidən əlaqə qura biləcəyi irəli sürülüb.


Məqsəd: sərfəli telefonlar və 5G gücü

“Nokia”-nın potensial geri qayıtma planı bazarda mövcudluğunun yenidən qurulmasına, xüsusən də sərfəli, kütləvi bazar telefonlarına əsaslana bilər. Şirkətin ən böyük üstünlüklərindən biri onun 5G sahəsində zəngin patent portfelidir. Bu texnoloji nou-hau əhəmiyyətli rəqabət üstünlüyü kimi istifadə edilə bilər.

“Nokia”-nın HMD ilə işlədiyi müddətdə əvvəllər mübarizə apardığı sahələrdə proqram təminatı və istifadəçi təcrübəsində yeni tərəfdaşlarla daha güclü strategiya həyata keçirəcəyi də gözlənilib.


Mobil bazarda yeni Nokia erası başlayır?

Bu gün Nokia smartfon bazarına tam olaraq qayıtmayıb. Bununla belə, silinmiş Reddit yazısı pərdə arxasında bəzi addımların atıldığını göstərib. Bu, istifadəçilərin və sənaye mütəxəssislərinin diqqətini çəkən əhəmiyyətli bir siqnal olub.

Bəzi ekspertlər bu elanın sadəcə suların sınağı olduğuna inanıblar, digərləri isə bu elanın strateji dönüş planında ilk addım olduğuna inanıb. Ssenaridən asılı olmayaraq, sadəcə olaraq Nokia brendini yenidən diqqət mərkəzinə gətirmək mobil sənayedə əhəmiyyətli təkan yaratmaq üçün kifayət olub.


Tərcümə etdi: Səidə Əsədli

Mənbə: Fikrimucit

Paylaş
Şərh əlavə et