1970-ci illərin ən əfsanəvi rok ulduzlarının toplaşdığı Record Plant Studios yenidən gündəmdədir. Yeni nəşr olunan kitab studiyanın daxili dünyasına nadir baxış təqdim edir və iddia edir ki, The Eagles qrupunun burada keçirdiyi dövr onların ən məşhur mahnısını "Hotel California"nı yaratmağa ilham verib.
1974-cü ildə daha çox yaradıcılıq azadlığı və daha sərt rok səsi axtaran The Eagles qrupu Londonda yerləşən prodüserlərindən ayrılıb və doğma şəhərləri Kaliforniyanın Los-Ancelesinə qayıdıb. Burada əfsanəvi səs mühəndisi Qari Kellqren və işgüzar Kris Stoun tərəfindən qurulan Record Plant Studios onlara radikal alternativ təqdim edib. Hər şeyin: otel suitlərindən isti vannalara qədər təmin edildiyi bu rahat studiya atmosferində onlar öz "Hotel California" albomlarını yazıblar. The Eagles studiyaya öz partilərini gətirəndə belə, rəhbərlik buna etiraz etməyib. Musiqiçilər studiyaya girdikdən sonra oranı tərk etməkdə çətinlik çəkiblər. Bu səbəbdən "Record Plant"ın “əsl Hotel California” olduğu haqqında söz-söhbətlər yaranıb.
Yeni kitab “Buzz Me In – Inside the Record Plant Studios” musiqi jurnalistləri Martin Porter və David “Mr Bonzai” Goggin tərəfindən yazılıb. Bu kitab ABŞ-ın ən uğurlu studiyalarından biri olan Record Plant-ın ən vəhşi dövrünü əhatə edir, 1968-ci ildə Nyu-Yorkda (burada Jimi Hendrix-in “Electric Ladyland” albomu yazılmışdı) başladığı dövrdən başlayaraq, Los-Anceles və Sausalitodakı şöbələrində Fleetwood Mac, The Who və The Eagles kimi rok əfsanələrini qəbul etdiyi illərə qədər. Record Plant ulduz musiqiçiləri öz orbitinə cəlb edir, onlara istədikləri hər şeyi təqdim edir və onları öz sehrində saxlayıb. Kitabın adı olan “Buzz Me In” (yəni “Məni içəri burax”) LA studiyasına daxil olmaq üçün istifadə olunan paroldan götürülüb. Kitabda Stone-un xatirələri, nadir şəkillər və 100-dən çox musiqiçi, prodüser və studiya əməkdaşının müsahibələri yer alır. 1970-ci illərdə Porter və Goggin bu gizli dünyaya digərlərindən daha yaxın idilər. Kitabda yer alan və əfsanəvi Record Plant loqosunun qarşısında çəkilən fotoda təsvir olunan şəxs Chris Stone bu dövrün əsas siması idi. Stone əvvəlcə bu hekayəni danışmaq istəməyib. Lakin həyatının son iki ilində fikrini dəyişib və Porter ilə yaxın dostu Goggin bir araya gəlib bu layihəni həyata keçirib.
Goggin deyir ki, “Böyük sənətçilər məhz ora getmək istəyib”. Çünki Record Plant ən müasir texnologiyalarla təchiz olunub və ənənəvi, steril studiya mühitindən fərqli olaraq, sənətçilərə sərbəst və yaradıcı bir mühit təqdim edib. Bu yeniliklərin arxasında Kellqren dayanıb. 1969-cu ildə Los-Ancelesdə, 1972-ci ildə isə Sausalitoda filiallar açıldıqdan sonra bu konsepsiya daha da inkişaf etdirilib. Bura artıq bir növ rok otelinə çevrilib: jakuzilər, güzgülü tavanlar, “S&M” kimi adlarla otaqlar və müxtəlif növ narkotik maddələr. Studiyanın 1969-cu ildəki açılış dəvətnamələri bir kərpic şəklində idi, bu kərpicləri rok ulduzlarına göndəriblər və poçtda qarışıqlıq yaradıblar. Açılış gecəsində bu kərpiclər birlikdə sementlənərək “şöhrət divarı” yaradılıb. The Eagles prodüser Bill Szymczyk ilə birlikdə “Hotel California” albomu üzərində doqquz ay boyunca çalışıblar. Mahnıda “istədiyin vaxt qeydiyyatdan çıxa bilərsən, amma heç vaxt gedə bilməzsən” misraları olub. John Lennon da bu fikrin canlı nümunəsi idi, o, studiyada illərlə qalıb, Mick Jagger ilə musiqi yazıb, Elton John ilə ifa edib və 1980-ci ildə, Nyu-Yorkdakı Record Plant studiyasında receptionistə avtograf verdikdən bir neçə dəqiqə sonra qətlə yetirilib.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
