Bu gün:

Şuşada Poeziya günləri davam edir


Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Poeziya Günləri davam edir. Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, tədbir Xan qızı Natəvanın evinin qarşısındakı meydanda möhtəşəm konsert proqramı ilə davam edib.24media.az xəbər verir ki, rəsmilərin və qala-şəhərin qonaqlarının izlədiyi konsertdə xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Ehtiram Hüseynov, tanınmış müğənnilər Azad Şabanov, Mərdan Kazımov, həmçinin “Dervish Band” və “Qaya” qrupları çıxış ediblər.

Musiqili axşama Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi ilə yekun vurulub.

Səidə Abasova


Paylaş
Şərh əlavə et