İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada çexiyalı iş adamları ilə dəyirmi masa təşkil olunub. Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, nazir Mikayıl Cabbarov Azərbaycan-Çexiya münasibətlərinin qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb.

24Media.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 485 milyon dollar təşkil edib. Azərbaycanın əlverişli investisiya mühiti, azad iqtisadi zonalar və sənaye parklarında yaradılan imkanlar çexiyalı iş adamlarına təqdim olunub.
Çexiyanın Sənaye və Ticarət Nazirliyinin rəsmisi David Müller çex şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tədbirdə “Chemoprojekt”, “Czechoslovak Group”, “Mavel”, “Omnipol”, “Shkoda”, “TES VSETIN” və “VSL Group Activities” kimi şirkətlər təqdimatlarla çıxış ediblər.
Arzu Qafarova
