ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson rüsvay olmuş maliyyəçi Cefri Epsteynlə bağlı sənədlərin açıqlanmasını tələb edən təşəbbüslərin qarşısını almaq üçün palatanın iclasını vaxtından əvvəl dayandırıb.

Bu qərarla məsələ üzrə səsvermə sentyabra qədər təxirə salınır. Həm Demokratlar, həm də bəzi Respublikaçılar sənədlərin ictimaiyyətə təqdim olunması üçün təzyiq göstəriblər. Qərar Epsteynin yaxın əməkdaşı Gileyn Maksvelin Konqresə ifadə verməsi üçün çağırılması barədə komitə səsverməsindən sonra verilib.
Son zamanlar Epsteynlə bağlı sənədlərin məxfiliyinin aradan qaldırılması tələbləri güclənib, bu çağırışlara keçmiş prezident Donald Trampın tərəfdarları da qoşulub.
Çərşənbə axşamı ABŞ Ədliyyə Nazirliyi Maksvellə görüş tələb edərək ondan "Nə bilirsən?" sualına cavab almaq istədiyini bildirib.
Maksvelin vəkilləri BBC-yə açıqlamalarında hökumətlə danışıqlar apardıqlarını və onun “həmişə doğru danışacağını” bildiriblər.
Elə həmin gün Konqresdə artan təzyiqlərə baxmayaraq, Conson səsvermənin qarşısını almaq üçün iclası bir gün əvvəl başa çatdırıb.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
