Bu gün:

Azərbaycan üzgüçülük federasiyasının konfransı keçirilib


Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) strategiyası və yenilikləri ilə bağlı konfrans keçirilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən əldə edilən məlumata görə, konfransda federasiyanın prezidenti Zaur Əliyev qurumun strategiyası ilə bağlı ümumi məlumat verib. Gənclər və idman naziri Fərid Qayıbov ASF-nin 6 ay ərzində gördüyü işlərdən danışıb.

24media.az xəbər verir ki, konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib və regionlardakı universitetlərdə üzgüçülük idman növü ilə bağlı pilot layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Federasiyanın baş katibi Oqtay Atayev ASF-nin strateji məqsəd və prioritetlərini təqdim edib.  Strategiya və yeniliklərin təqdimatından sonra ASF-nin yeni məsləhətçisi Pyer Ləfonten ictimaiyyətə təqdim olunub.

Nigar Muştaqova


Paylaş
Şərh əlavə et