Bu gün:

Trampdan İranın nüvə obyektlərinə hücumla bağlı yeni təhdid: Lazım olsa, yenidən edərik


ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı başladığı “Yüksələn Aslan” əməliyyatı sonrası İranın 3 nüvə obyektinin vurulduğunu açıqlayıb. Tramp İranın nüvə obyektlərinin ABŞ-nin hücumları nəticəsində “yox edildiyini” bildirib və “Lazım olarsa, bunu yenidən edərik",-deyə xəbərdarlıq edib.

ABŞ Prezidenti Tramp ölkəsinin İranın nüvə obyektlərini hədəf alan hücumları ilə bağlı yeni açıqlama verib. Özünə məxsus "Truth Social" sosial media platformasında etdiyi paylaşımda İranın Xarici İşlər Naziri Abbas Ərakçinin Tehranın nüvə obyektləri ilə bağlı “Zərər çox ciddidir, obyektlər məhv edilib” dediyini xatırladaraq "Təbii ki, elədir! Mənim də dediyim kimi. Və lazım olarsa, yenidən edərik” ifadəsini işlədib.

ABŞ-nin CNN xəbər kanalının, İranın nüvə obyektlərinə edilən hücumların Tehranın nüvə silahı istehsal gücünü tamamilə dayandıra bilmədiyini yazdığını qeyd edən Tramp “Yalan xəbər yayan CNN saxta "müxbirini" dərhal işdən çıxarmalı və məndən, həmçinin İranın nüvə obyektlərini "yox edən" möhtəşəm pilotlarımızdan üzr istəməlidir” deyib. O, CNN kanalını qərəzli olmaqda ittiham edərək bu kanalın MSNBC kimi izlənmə sayının da azaldığını iddia edib.

“Bu bizim milli qürurumuzdur”.

İranın Xarici İşlər Naziri Ərakçi nüvə zənginləşdirilməsindən imtina edə bilməyəcəklərini açıqlayıb.

Fox News kanalına danışan Ərakçi bildirib: “Bəli, zənginləşdirmə hazırda dayanıb. Çünki zərər çox ciddi və ağırdır. Amma əlbəttə ki, zənginləşdirmədən imtina edə bilmərik. Çünki bu bizim alimlərimizin bir nailiyyətidir. Və artıq bu sadəcə bir elm məsələsi deyil, milli qürur məsələsidir”.


Mənbə: TRT Haber

Tərcümə etdi: Solmaz Muradova

Paylaş
Şərh əlavə et