Bu gün:

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlıq


Azərbaycan və Şimali Makedoniya arasında ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq istiqamətində mühüm addımlar atılır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib.

24media.az xəbər verir ki, səfər zamanı nazir Mikayıl Cabbarov Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova, Assambleya sədri Afrim Qaşi, Baş nazirin birinci müavini İzet Mexhiti, iqtisadiyyat və əmək naziri Besar Durmişi, həmçinin Avropa işləri naziri Orhan Murtezani ilə görüşüb.

Görüşlərdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya və enerji sahələrində tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Azərbaycanın əlverişli coğrafi mövqeyi və tranzit potensialı qarşı tərəfin diqqətinə çatdırılıb.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini dəyərləndirərək, əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Arzu Qafarova 

Paylaş
Şərh əlavə et