Bu gün:

Azərbaycan Əfqanıstanda qadınlar üçün xalçaçılıq mərkəzi açıb


Kabil şəhərində Azərbaycan Respublikasının Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə “Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi”nin açılışı baş tutub.

24media.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunması məqsədini daşıyan layihə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstandakı nümayəndəliyi və Əfqanıstanın Əmək və Sosial Təminat Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlib.

Tədbirdə Əfqanıstanın əmək və sosial təminat nazirinin müavini Əlhac Mavlavi çıxış edərək Azərbaycan və İƏT-ə ölkəsi adından təşəkkür edib, habelə layihənin əfqan əl sənətinin qorunmasına, təşviqinə və inkişafına xidmət edəcəyini vurğulayıb.

Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et