22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən əldə olunan məlumata görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə iyulun 21-də "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib.

24media.az xəbər verir ki, Tədbirdə mədəniyyət naziri Adil Kərimli və ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının təmsilçiləri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Aminə Paşazadə
