Bu gün:

“Starlink”-in mobil internet xidməti Avropada fəaliyyətə başlayıb


Kosmosa əsaslanan internet xidməti ilə dünya miqyasında adından söz etdirən Starlink indi Avropa mobil internet bazarına daxil olur. İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Starlink” peyk şəbəkəsi Ukraynada yeni eranı açmağa hazırlaşır. Bu layihə başa çatdıqda, Ukrayna Avropada Starlink-in effektiv mobil internet xidmətini təklif edən ilk ölkə kimi tarixə düşəcək.


Ukraynanın ən böyük mobil operatorlarından biri olan Kyivstar Starlink ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq 2025-ci ilin sonuna kimi ölkədə peyk vasitəsilə birbaşa mobil telefonlara internet xidmətini təqdim edəcək. Lakin bu xidmət ilkin olaraq məhdud olacaq və ilk növbədə mesajlaşma proqramları vasitəsilə istifadə olunacaq.


Tam genişzolaqlı mobil internet və səsli zəng dəstəyi 2026-cı ilin ortalarında istifadəyə veriləcək. Bu, ukraynalılara baza stansiyalarına ehtiyac olmadan Starlink peykləri vasitəsilə telefonlarından internet və mobil xidmətlərə qoşulmağa imkan verəcək.


“Birbaşa hüceyrəyə” texnologiyası nədir?

“Starlink”-in birbaşa mobil rabitə texnologiyası ənənəvi mobil şəbəkələrdən əhəmiyyətli dərəcədə fərqli struktura malikdir. Baza stansiyaları və ya fiber xətlər əvəzinə bu sistem Starlink peyklərindən birbaşa kosmosda istifadə edir. Xüsusi modemlərlə təchiz edilmiş peyklər standart mobil telefonlarla birbaşa əlaqə saxlaya bilir.

Bu innovativ texnologiya təbii fəlakətlər, müharibələr və ya elektrik enerjisinin kəsilməsi kimi infrastrukturun zədələndiyi hallarda mühüm üstünlüklər təklif edir. Kyivstar-ın baş direktoru Oleksandr Komarov bu layihənin Ukrayna üçün strateji əhəmiyyətini vurğulayıb. Komarov bildirib ki, mövcud telekommunikasiya infrastrukturu Rusiya hücumlarının son zamanlar artmasından böyük ölçüdə sağ çıxıb və hətta ölkə daxilində elektrik enerjisinin kəsilməsi zamanı 10 saata qədər xidmət göstərməyə davam edib.


İlkin faza: yalnız mesajlaşma

Starlink ilə işləyən mobil xidmət ilkin olaraq WhatsApp və Signal kimi OTT proqramları vasitəsilə mesajlaşma təklif edəcək. Daha sonra, bir il ərzində infrastruktur tamamlandıqdan sonra, peyklə işləyən mobil genişzolaqlı və səsli zəng funksiyaları aktivləşdiriləcək. Bu, Ukraynadakı istifadəçilərə baza stansiyasına ehtiyac olmadan telefon zəngləri etmək və internetə qoşulmaq imkanı verəcək.


Oxşar layihələr artıq “ABŞ”-də başlanıb

Bu texnologiya təkcə Avropada deyil, bütün dünyada sürətlə yayılır. Məsələn, “ABŞ”-dəki T-Mobile şirkəti Starlink ilə razılığa əsasən, 2025-ci ilin oktyabrında peyk əsaslı mobil məlumat xidmətlərini işə salmağı hədəfləyir. Bu, geniş əhatə dairəsi sayəsində mobil istifadəçilərə ən ucqar ərazilərdə belə əlaqə saxlamağa imkan verəcək.


Ukrayna avropada bir ilkə imza atıb

Ukraynanın bu layihəni həyata keçirməsi Avropa telekommunikasiya sektoru üçün də bir ilkdir. Bu, Ukraynanı Avropada “Starlink”-in birbaşa mobil internet xidmətini təklif edən ilk ölkə edəcək. Digər Avropa ölkələrinin də yaxın gələcəkdə analoji investisiyalarla bu texnologiyanı tətbiq edəcəyi gözlənilir.


Starlink mobil internetinin üstünlükləri nələrdir?

“Starlink”-in peyklə işləyən mobil internet sistemi bir çox üstünlüklər təklif edir:


Baza stansiyası tələb olunmur: Birbaşa peyk bağlantısı sayəsində infrastruktur zədələnsə belə, rabitə toxunulmaz qalır.


Fəlakət zonaları üçün kritik: Bağlantılar zəlzələ və müharibələr kimi fövqəladə hallarda belə davam edir.


Kənd yerlərində yüksək sürət: Mövcud baza stansiyalarının əhatə etmədiyi ərazilərdə belə sürətli internetə çıxış mümkündür.


Geniş əhatə dairəsi: Peyklər qlobal miqyasda fəaliyyət göstərdiyinə görə əlaqə nəzəri olaraq dünyanın istənilən yerində təmin edilə bilər.



Tərcümə etdi: Səidə Əsədli

Mənbə: Fikrimucit

Paylaş
Şərh əlavə et