Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya növbəti — üçüncü tur danışıqların gələn həftə keçirilməsini təklif edib.

Zelenski “Telegram” hesabında paylaşım edərək bildirib ki, Rusiya tərəfi ilə əsir mübadiləsi məsələləri üzrə danışıqlar davam edir: “İstanbuldakı son görüşdə əldə olunan razılaşmaların icrasını davam etdiririk. Komanda hazırda yeni bir mübadilə üzərində işləyir”.
Zelenski qeyd edib ki, Ukraynanın sabiq müdafiə naziri Rüstem Umerov Rusiyaya üçüncü tur danışıqların gələn həftə keçirilməsi ilə bağlı təklif verib:
“Danışıqların dinamikası artırılmalıdır. Atəşkəsin təmin olunması üçün hər şey edilməlidir. Rusiya tərəfi isə qərarlardan yayınmaqdan əl çəkməlidir”.
Zelenski, sülhün təmin olunması üçün liderlər səviyyəsində görüş keçirilməsinin vacibliyini vurğulayaraq əlavə edib: “Ukrayna belə bir görüşə hazırdır”.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
