Prezident Rəcəb Tayyib Ərdoğan “ŞKTC-ni təkcə nəqliyyatda deyil, turizm, məşğulluq və investisiyalarda da Şərqi Aralıq dənizinin parlayan ulduzuna çevirdik”,- deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Kampusunda Yeni Lefkoşa Dövlət Xəstəxanasının təməlqoyma mərasimində və Lefkoşa Şimal Dairəvi Yol Mübadilə və Qoşulma Yolları Layihəsinin açılış mərasimlərində iştirak edib.
Burada çıxış edən Prezident Ərdoğan may ayında bir çox işin açılışı üçün ŞKTC-də olduqlarını tamaşaçılara xatırladaraq, "Hazırda olduğumuz Respublika şəhərciyinin açılışını etməklə bu torpaqlara daha bir damğa vurmuş olduq. İndi görürəm ki, kampus bütün avadanlıqları ilə həqiqətən təsir edicidir",-deyib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Səmayə Səftərova
