Bu gün:

Hegseth: İsrailin yanındayıq, özünü müdafiə hüququnu gücləndirməyə sadiqik


ABŞ-nin müdafiə naziri Pit Hegseth və İsrailin müdafiə naziri İsrael Kats Pentaqonda görüşüblər. Görüşdən əvvəl açıqlama verən Hegseth deyib: “İsrailin yanındayıq və onun özünü müdafiə hüququnu gücləndirməyə sadiqik. Bu, müdafiə sistemləri və ya davamlı sülh şəklində ola bilər”.

Hegseth, Kats-a müraciətlə deyib: “Sizin bölgəni və dünyanı dəyişdirən yanaşmanızı, İsrailin nümunəvi bir müttəfiq olduğunu sübut etməyinizi, təhdidləri düzgün qiymətləndirməyinizi, ölkənizdəki hadisələrə müdaxilə edə biləcək qabiliyyətə malik olmağınızı və ortaq təhlükəsizlik təhdidlərini dərk etməyinizi yüksək qiymətləndirirəm”.

Hegseth, ABŞ-nin 22 iyun tarixində İrana endirdiyi zərbələr nəticəsində 3 nüvə obyektinin məhv edildiyini iddia edib. O qeyd edib ki, hücumların dağıdıcı təsiri hesabatlarda daha aydın şəkildə əks olunub:

 “Bu, təkcə nüvə obyektlərinə yox, eyni zamanda dünyaya verilən bir mesaj idi”.

Hegseth əlavə edib: “İsrail və ABŞ-nin atdığı addımlar bölgəni yenidən formalaşdırır və böyük imkanlar yaradır. Buna görə də İsrailin yanındayıq və onun özünü müdafiə hüququnu gücləndirməyə sadiqik. Bu, yeni imkanlar, müdafiə sistemləri və ya daimi sülh şəklində ola bilər”.

İsrailin müdafiə naziri Kats isə “Gecəyarısı Çəkici Əməliyyatından” təsirləndiklərini və bunun ABŞ prezidenti Donald Trampın cəsarətli və tarixi qərarı olduğunu bildirib. O vurğulayıb: 

“Biz ABŞ ilə birlikdə İranın nüvə obyektlərini məhv etdik. Ortaq məqsədimiz əldə etdiyimiz uğurları davam etdirərək İranın nüvə proqramını irəlilətməsinin və kütləvi raket istehsalının qarşısını almaqdır. Raketlər, müdafiə və pilotsuz uçuş aparatları sahəsində yaxşı tanınan birgə əməkdaşlığımız var. Bu sahələrdə güclənməyə davam edəcəyik”.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et