Bu gün:

Maşın bazarında hazırkı qiymətlər necədir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı iqtisadi ekspert Həzi Eynalovdur. Ekspert Azərbaycanda maşın bazarındakı qiymət dəyişkənliyindən danışıb. 


- Maşın bazarında hazırkı qiymətlər necədir?

Ümumilikdə, ortalama olaraq maşın bazarında bahalaşma müşahidə olunur. Bu bahalaşma müəyyən qədər tələbin azalmasına gətirib çıxarır. Bazara 10 ildən daha köhnə olan maşınların gətirilməsində məhdudiyyətlər var. Xüsusilə, onların qiymətlərində artım daha çoxdur. Son 1 ayda bir az azalmalar müşahidə olunur. Amma bu ortalama qiymət artımının azalması mənasına gəlmir. Əksinə ortalama qiymətlərin artması müşahidə olunur. Yaxın müddət ərzində də bu artımların davam edəcəyi gözlənilir. Ümumiyyətlə, bazarın öz qanunları var. Bahalaşma və ya ucuzlaşma tələb və təkliflə tənzimlənir. Tələb çox olduğu zaman qiymətlərin artması, az olduğu zaman qiymətlərin azalması müşahidə olunur. Bu günlərdə daha çox tələb 10.000 manatdan az olan maşınlaradır. Amma 10 il qərarı və 2-ci əl xaricdən  gətirilən maşınların qiymətində bahalaşma olduğu üçün bunun müəyyən qədər artması gözlənilən bir hadisədir.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et