Bu gün:

Şimali Koreya haqqında inanılmaz faktlar


Şimali Koreyan sirli ölkə olaraq bilinir. Bəs bu ölkəni nə fərqləndirir?

• Şimali və Cənubi Koreya 1950-ci ildən müharibə aparır. İkinci Dünya Müharibəsinin sonunda Yaponiya Koreyanı işğal etdikdən sonra həm Sovet Rusiyası, həm də ABŞ ölkənin gələcəyi ilə bağlı planlar qurdular. Bu, ABŞ-nin başçılıq etdiyi qüvvələrin ölkənin cənubuna, Sovet qoşunlarının isə şimala hücumu ilə nəticələndi. Bu, cənubda ABŞ-nin nəzarəti altında qərbyönlü hökumətin, şimalda isə Sovetin dəstəklədiyi kommunist hökumətinin qurulmasına səbəb oldu. Hər iki tərəf Koreyanı birləşdirməyə çalışsa da, yeni birləşən Koreyanın necə olması barədə çox fərqli fikirlərə sahib idilər. Şimali Koreya qurulandan bəri eyni ailə tərəfindən idarə olunur.

• Pxenyanda (Şimali Koreyanın paytaxtı) yerləşən stadion dünyanın ən böyük stadionudur. 1989-cu ildə tikilməsinə baxmayaraq, Şimali Koreyanın 1 May Stadionu 150.000 oturacaq yeri ilə dünyanın ən böyük oturacaq tutumuna malikdir. Stadion ən çox ölkənin sıx xoreoqrafiyalı rəqslərinə və təsirli gimnastika çıxışlarına diqqət yetirən illik tədbir üçün istifadə olunur.

• Onların öz təqvimləri var. Dünyanın bir çox ölkələri Qriqorian təqvimindən istifadə edir, bu təqvim illəri İsa Məsihin doğumu ilə (e.ə. və ya eramızdan əvvəl) birləşdirən təqvimdir. Şimali Koreyada əslində oxşar sistem var, lakin bunun əvəzində Ulu Öndər Kim İr Senin anadan olduğu vaxta gedib çıxır. Koreya Xalq Demokratik Respublikasının təqviminin və ya Cuçe təqviminin birinci ili 1912-ci ildə başlayır, lakin təqvim 1997-ci ildə qüvvəyə minir. 

• Dünyanın dördüncü ən böyük ordusuna malikdir. 1990-cı illərdə Kim Çen İr ölkənin gələcəyini yenidən müəyyən edən hərbi siyasət olan Sonqunu təqdim etdi. Ölkənin artan hərbi diqqətinin nəticəsidir ki, hazırda o, təxminən 1,21 milyon əsgəri və ya ölkə əhalisinin 4,7 faizini təşkil etməklə, dünyada dördüncü ən böyük fəal orduya malikdir. İndiki aktiv, yarımhərbi və ehtiyatda olan şəxsi heyəti hesabladıqda bu rəqəm təxminən on milyon nəfərə çatır.
• Şimali Koreyada hərbi xidmət həm kişilər, həm də qadınlar üçün məcburidir. 2015-ci ilə qədər hərbi xidmətə çağırış yalnız kişi vətəndaşlar üçün məcburi idi və qadınlara istəsələr hərbi xidmətə getmək imkanı verilirdi. Edilən dəyişikliklər nəticəsində qadınların 23 yaşına qədər işə qəbulu məcburi edilib. Kişilər üçün hərbi xidmət ən azı 10 il davam edir və 17 yaşından başlayır.
Mənbə: Onedio
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et