Bu gün:

"Emmy" mükafatı və "Squid Game"


Birinci mövsümü ilə qlobal miqyasda böyük səs-küyə səbəb olan və adını televiziya tarixinə qızıl hərflərlə yazdıran "Squid Game" serialı uğurunun davamı olaraq qısa müddətdə ikinci və üçüncü mövsümlərlə də izləyicilərin qarşısına çıxıb. Hər üç mövsümü ilə gündəmdə qalmağı bacaran layihə bu dəfə gözlənilməz bir hadisə ilə gündəmə gəlib. Belə ki, serialın ikinci mövsümü "Emmy" mükafatları üçün heç bir kateqoriyada namizəd göstərilməyib.

Xatırladaq ki, "Squid Game"in ilk mövsümü Netflix platformasında ən çox izlənilən serial olmuş və bununla yanaşı, 6 "Emmy" mükafatı qazanıb. Bu səbəbdən, ikinci mövsüm üçün də ciddi namizədlik gözləntiləri mövcud idi. Lakin nəticə fərqli olub və Netflix bu vəziyyətə münasibət bildirməkdə gecikməyib.

Netflix nümayəndəsinin açıqlamasında qeyd olunur: 

“Rejissor Hvanq Donq-hyuk və aktyor heyəti adından dərin məyusluq hissi keçirirəm. Dünyanın müxtəlif ölkələrindən izləyicilərin bu mövsümə göstərdiyi sevgi və yaratdıqları emosional bağ nəzərə alındıqda Hvanqın təqdir olunmaması həqiqətən üzücüdür. Bu layihənin layiq olduğu dəyəri almaması böyük bir xəyal qırıqlığı yaradır. Lakin əsas məsələ budur: əgər televiziya sahəsində həqiqi mükəmməllik axtarılırsa, bu serial hər mənada bunu təqdim edir. Belə bir işin dəyərləndirilməməsi, əlbəttə ki, təəccüb doğurur".

Hazırda Netflix platforması və serialın yaradıcı heyəti bu qərarın səbəblərini diqqətlə izləyir və gələcək addımlar üçün qiymətləndirmələr aparır.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et