Bu gün:

Roswell hadisəsinin qaranlıq sirləri


1947-ci ildə ABŞ ordusu Roswell yaxınlığında bir fermada “uçan disk” tapdıqlarını açıqlayıb. Bu, ölkə daxilində böyük maraq və şübhə doğurub. Lakin az sonra ordunun özü həmin bəyanatı təkzib edərək tapılan əşyanın sadəcə hava şarı olduğunu bildirib.

İllər sonra 1994-cü ildə yayımlanan rəsmi hesabatda isə əvvəlki izahatın doğru olmadığı etiraf edilib. Həmin qalıqlar, əslində, gizlədilib, çünki onlar Sovetlərin atom sınaqlarını izləmək üçün yaradılan “Project Mogul” adlı gizli casus balonlarına aid olub. Layihənin məxfi xarakteri səbəbindən hökumət doğru məlumatı verə bilməyib və hadisəni ört-basdır etmək üçün başqa izahlar uydurulub.

Bəzi şahidlər qəza yerində yadplanetli cəsədləri gördüklərini iddia ediblər, bu isə sözügedən hadisəyə yeni bir mistik qat qatıb. 1997-ci ildə isə bu iddialar da təkzib edilib və bu “cəsədlərin”, əslində, paraşüt testlərində istifadə olunan manekenlər olduğu bildirilib.

Digər bir nəzəriyyəyə əsasən, bu hadisə Sovet İttifaqı tərəfindən düşünülmüş psixoloji təxribat planı olub. İddiaya görə, Stalin uşaqları genetik olaraq dəyişdirərək yadplanetli kimi göstərib, onları xüsusi hazırlanmış hava gəmisinə yerləşdirib və ABŞ ərazisinə göndərib. Məqsəd isə panika yaradıb amerikalıların müdafiə sisteminə olan inamını sarsıtmaq idi.

Bu hadisədən illər keçməsinə baxmayaraq, hələ də müzakirə olunmaqda davam edir və bir çox suallar cavabsız qalıb.

Mənbə: History.com

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et