ABŞ Prezidenti Donald Tramp deyib ki, o, ədliyyə nazirliyinə cinsi cinayətkar Cefri Epşteynlə bağlı bəzi əlavə sənədlərin təqdim olunması barədə göstəriş verib.
“Cefri Epşteynə göstərilən absurd dərəcədə böyük ictimai diqqətə görə mən baş prokuror Pam Bondiyə Məhkəmənin razılığı ilə bütün müvafiq Böyük Məhkəmə (Grand Jury) ifadələrinin təqdim olunmasını tapşırdım”, - Tramp sosial şəbəkə paylaşımında bildirib.
Trampın bu sənədlərin ictimaiyyətə açıqlanmasına icazə verib-vermədiyi və bunun nə vaxt baş verəcəyi hələlik aydın deyil, çünki belə addım adətən məhkəmənin təsdiqini tələb edir.
Bu inkişaf Trampın ən sadiq tərəfdarları tərəfindən Epşteyn işi üzrə daha çox açıqlama tələblərindən sonra baş verib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
