Bu gün:

Ağ Evdə həyəcan siqnalı


ABŞ-də Gizli Xidmət əməkdaşları Ağ Ev üçün təhlükəsizlik tədbirləri görüblər. Sarayın Pensilvaniya küçəsinə baxan əsas girişində jurnalistlərin çəkiliş üçün gözlədiyi sahə təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanıb. Sosial şəbəkələrdə yayılan iddialara görə, kimliyi naməlum bir şəxs həmin əraziyə tanınmayan bir cisim atıb.Ağ Evin Pensilvaniya küçəsinə baxan əsas girişində jurnalistlərin çəkiliş üçün gözlədiyi sahə Gizli Xidmət tərəfindən təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanıb.

ABŞ mediasında yayılan xəbərlərə görə, Gizli Xidmət əməkdaşları Ağ Evin Pensilvaniya küçəsinə baxan ön hissəsindəki çəmənliyə girişləri təhlükəsizlik tədbirləri çərçivəsində dayandırıb.

Tanınmayan cisim atılıb iddiası

Çəkiliş üçün ərazidə gözləyən jurnalistlər Gizli Xidmət əməkdaşları tərəfindən Ağ Evin daxilində yerləşən James S. Brady Brifinq Otağına yönləndirilib. Hadisə ilə bağlı Ağ Evin rəsmi açıqlaması verilməsə də, sosial şəbəkələrdə yayılan iddialara əsasən, kimliyi məlum olmayan bir şəxs sözügedən əraziyə tanınmayan bir cisim atıb.

Qısa müddətli təhlükəsizlik tədbirlərindən sonra ərazi yerli saatla 11:56-dan etibarən yenidən jurnalistlərin girişinə açılıb.

Mənbə: A HABER

Tərcümə etdi: Solmaz Muradova

Paylaş
Şərh əlavə et