“Trendyol Süper Liqa” təmsilçilərindən “Konyaspor” Cənubi Koreyalı futbolçu Jin-ho Jo ilə müqavilə imzalayıb.

“Yaşıl-ağlar”ın yaydığı açıqlamada, 22 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilənin bağlandığı bildirilib.
Qeyd olunub ki, müqavilə imzalanması mərasimi komandanın Ərzurumda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində oteldə baş tutub. Mərasimdə futbolçu ilə yanaşı, “Konyaspor”un futbol şöbəsinin nümayəndələrindən Oktay Erkek də iştirak edib.
Cənubi Koreyalı oyunçu əvvəllər “Fenerbahçe” ilə əvvəlcə həvəskar, daha sonra isə peşəkar müqavilə imzalayıb, ardınca “Novi Pazar” və “Radnicki” komandalarında forma geyinib.
Mənbə:TRT Haber
Tərcümə etdi:Nigar Həsənzadə
