Bu gün:

Papa Qəzzada kilsə zərbəsinə görə kədərləndiyini bildirib


Roma Papası XIV Leo Qəzzada Katolik kilsəsinə endirilən İsrail zərbəsində üç nəfərin öldürülməsindən sonra atəşkəs çağırışını yenidən səsləndirib.Vatikanın yaydığı teleqramda Papa "Müqəddəs Ailə Kilsəsinə edilən hərbi hücum nəticəsində baş verən ölüm və yaralanmalardan dərin kədər duyur" deyə bildirib.

Kilsəyə nəzarət edən Qüdsün Latın Patriarxlığı hadisənin İsrail ordusu tərəfindən törədildiyini açıqlayıb. Hücum nəticəsində doqquz nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir. Kilsənin keşişi isə yüngül xəsarət alıb.

İsrail Xarici İşlər Nazirliyi dini məkanlara və mülki şəxslərə dəyən zərərə görə təəssüf etdiyini, ordunun isə hadisəni araşdırdığını bildirib.

Müharibə başladıqdan sonra Qəzzadakı azsaylı xristian icmasından bir çox ailə dağıdılmış evlərini tərk edərək həmin kilsəyə sığınıb.

Mərhum Papa Fransisk isə sağlığında onlarla demək olar ki, hər gün əlaqə saxlayıb.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et