Bu gün:

Rusiya: Üçüncü tur danışıqlar üçün Ukraynadan təklifləri gözləyirik


Kreml sözçüsü Dmitri Peskov Ukrayna ilə üçüncü tur danışıqlardan öncə əsir hərbçilərin mübadilə prosesinin başa çatmasının vacib olduğunu bildirərək deyib: 

“Bundan sonra qərar verməli olacağıq, hələ də Ukraynadan təklifləri gözləyirik”.

Peskov Moskva şəhərində jurnalistlərin suallarını cavablandırıb.

İstanbulda keçirilən birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski vasitəsilə Ukrayna ilə təmasların davam etdiyini bildirən Peskov deyib: 

“Kiyev rejiminin nümayəndələri ilə birbaşa danışıqlar aparırıq. ABŞ-nin vasitəçilik səyləri çərçivəsində həyata keçirilən birbaşa görüşlər var”.

Peskov, Rusiya ilə Ukrayna arasında əsir mübadilələrinin davam etdiyini qeyd edərək əlavə edib:

 “Hələ başa çatdırılmalı olan bir mübadilə prosesi var, ikinci turda əldə olunan razılaşmaların icrası üçün əlavə razılaşmalar hazırlanır”.

O, həmin mübadilələrdən sonra üçüncü tur danışıqlarla bağlı detalların müzakirə ediləcəyini qeyd edərək deyib: 

“Bundan sonra qərar verməli olacağıq, hələ də Ukraynadan təklifləri gözləyirik. Üçüncü turda daha əvvəl dəyişdirilən memorandum layihələrini müzakirə edəcəyik”.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et