İsrailin hava zərbələrindən sonra ABŞ Suriyada zorakılığı dayandırmaq məqsədilə konkret addımların razılaşdırıldığını açıqlayıb. Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan razılaşma nəticəsində atəşkəs çərşənbə gecəsindən qüvvəyə minib.
İsrail Müdafiə Nazirliyi Dəməşq və ölkənin cənub bölgəsində yerləşən hərbi mövqelərə hava zərbələri endirdiyini və əməliyyatların davam etdiriləcəyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu druziləri qorumağa çalışdıqlarını bəyan edib. Suriyanın müvəqqəti prezidenti Əl-Şəraa isə İsraili bölgədə gərginliyi artırmaqda ittiham edib.
Süveyda vilayətində druzilər və bədəvi tayfalar arasında baş verən toqquşmalarda 350-dən çox insanın həlak olduğu bildirilir. Hadisələrin fonunda Suriya ordusu ərazidən mərhələli şəkildə geri çəkilməyə başlayıb.
Suriya tərəfi mülki itkilərin olduğunu təsdiqləyərək, ABŞ və ərəb ölkələrinin sülh təşəbbüslərini müsbət qiymətləndirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
