Bu gün:

Aİ 2028–2034 üçün 2 trilyon avroluq büdcə təklif edib


Ursula von der Leyen Avropa İttifaqının 2028-2034-cü illər arasında 2 trilyon avro dəyərində yeni büdcəsi üçün çoxdan gözlənilən təklifini açıqlayıb ki, bu da 2020-ci ilin yayında liderlər tərəfindən təsdiqlənmiş 1,21 trilyon avro ilə müqayisədə əhəmiyyətli artımdır.Avropa Komissiyasının prezidenti deyib: "Bu, Avropanın ambisiyalarına uyğun gələn yeni dövr üçün büdcədir. Bu, Avropanın çağırışlarına cavab verir". Üzv dövlətlərin birbaşa töhfələri büdcənin əksəriyyətini əhatə etsə də, von der Leyen Brüsselə təkbaşına əlavə gəlir əldə etmək imkanı vermək üçün elektrik tullantıları, tütün və korporativ mənfəət üçün Aİ miqyasında yeni vergiləri nəzərdə tutur.

Mənbə: EURONEWS

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et