Bu gün:

Fransada yeni qərar: Müdafiə xərcləri xaric bütün dövlət xərcləri dondurulur


Fransanın Baş naziri Fransua Bayru 2026-cı il büdcəsi çərçivəsində iki rəsmi tətil gününün ləğvini təklif edib. Bu təklif, müdafiə büdcəsinin artırılması və dövlət xərclərinin azaldılması kimi tədbirləri də əhatə edən genişmiqyaslı planın bir hissəsi olaraq təqdim olunub.

Fransua Bayru bildirib ki, ölkənin dövlət borcunu azaltmaq məqsədilə Paskalya Bazar ertəsi və 8 May tarixləri rəsmi tətil günləri siyahısından çıxarılmalıdır. Qeyd edək ki, 8 May Avropada İkinci Dünya Müharibəsinin başa çatmasını simvolizə edən mühüm günlərdən biridir.

Bayrunun planında 2026-cı ildə dövlət xərclərinin dondurulması, varlı təbəqəyə tətbiq edilən vergi güzəştlərinin ləğvi və dövlət qulluqçularının sayının azaldılması da nəzərdə tutulur.

Mənbə: CNN Türk 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et