Bu gün:

Tramp: "Baş prokuror Epşteynlə bağlı etibarlı məlumatı açıqlasın"


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Baş prokuror Pam Bondi cinsi cinayətkar Ceffri Epşteynlə bağlı “etibarlı hesab etdiyi nə varsa” onu ictimaiyyətə açıqlamalıdır. Bu açıqlama Trampın işi bağlamaq cəhdi fonunda tərəfdarlarından nadir hallarda gördüyü etirazla qarşılanıb.Bondi ötən həftə Epşteynin “müştəri siyahısı” saxlamadığına və nüfuzlu şəxsləri şantaj etdiyinə dair heç bir sübut olmadığını deyib, lakin Trampın bəzi siyasi tərəfdarları tərəfindən buna görə tənqid olunub.

Həftəsonu Tramp tərəfdarlarına bu mübahisəyə “vaxt və enerji sərf etməməyə” çağırıb. Lakin Nümayəndələr Palatasının spikeri Mayk Conson da daxil olmaqla prezidentin müttəfiqləri “şəffaflıq” tələb edirlər.

Qeyd edək ki, Epşteyn 2019-cu ildə ABŞ həbsxanasında federal məhkəməni gözləyərkən intihar etdiyi açıqlanıb.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et