Bu gün:

Məlumat sızmasından sonra minlərlə əfqan gizli proqramla Birləşmiş Krallığa köçürülüb


Bir britaniyalı rəsmisinin ehtiyatsızlığı nəticəsində minlərlə əfqanın məlumatları sızdıqdan sonra onların Birləşmiş Krallığa köçürülməsi üçün gizli bir proqram yaradılıb.2022-ci ilin fevralında Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Birləşmiş Krallığa köçmək üçün müraciət edən təxminən 19000 nəfərin şəxsi məlumatları sızıb. Hökumət bu məlumat sızmasından 2023-cü ilin avqustunda bəzi məlumatların Facebook-da yayımlandığı zaman xəbər tutub.

Bundan doqquz ay sonra sızdırılmış siyahı üzrə yeni bir məcburi köçürmə proqramı işə salınıb və bu günə qədər 4,500 əfqan həmin proqramla Birləşmiş Krallığa gətirilib.

Lakin həm məlumat sızması, həm də bu köçürülmə prosesi gizli saxlanılıb. Hökumət bunun ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün xüsusi məhkəmə qərarı – super-injunction əldə edib.

Hadisənin detalları, hökumətin reaksiyası və Birləşmiş Krallıqda yaşamaq hüququ verilən əfqanların sayı barədə məlumatlar yalnız bu həftə Ali Məhkəmə hakiminin qadağanı ləğv etməsindən sonra üzə çıxıb.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et