Bu gün:

Qoyun və dana əti arasındakı fərqlər nələrdir?


Enerji dəyərləri çox fərqlidir
Heyvanın qidalanma şəraitindən, yaşından və ya yaşayış mühitindən asılı olaraq dəyişə bilər. Qoyun ətinin enerji dəyəri mal ətindən daha yüksəkdir. Qoyun əti yağlı olduğuna görə enerji dəyəri çox olur və 100 qram mal ətində orta hesabla 150 kalori, eyni çəkidə qoyun ətində isə 250 kalori var. Lakin bu o demək deyil ki, qoyun əti yeyilməməlidir. Ancaq, piylənmə, artıq çəki, ürək-damar xəstəlikləri və yüksək xolesterin kimi sağlamlıq problemləri olanlara qoyun ətindən daha çox dana ətinə üstünlük vermələri tövsiyə oluna bilər.

Xolesterin miqdarları
Orta hesabla 100 q dana və qoyun ətini müqayisə etdikdə dana ətində 90 mq, qoyun ətində isə 70 mq xolesterin var. Xolesterolu yüksək olan fərdlərin qoyun, mal əti, toyuq və balıqları növbə ilə yeməsi və orta hesabla 100-120 qramı keçməməsi faydalıdır.

Ən yüksək zülal mal ətindədir.

100 qram qoyun və mal ətində zülal nisbətlərinə baxdıqda ən yüksək dəyərin mal ətində olduğunu görürük. Çünki mal ətində 28 qram protein olduğu halda, qoyun ətində 17 qramdır. Dana əti, xüsusilə, böyümə və inkişaf dövründə olan, hamiləlik dövrünə qədəm qoyan və idman edən şəxslərə tövsiyə edilə bilər.

Mal ətində daha çox B vitamini var

B kompleks vitaminləri orqanizmə zülal, yağ və karbohidrat kimi qida maddələrindən istifadə etməyə imkan verir. Bundan əlavə, sinir və həzm sistemindən sağlam dəri, saç və gözlərə qədər yüksək xolesterolu aşağı salmaqdan tutmuş qaraciyərə qədər bir çox vəzifələri yerinə yetirir. 

Rəng fərqlilikləri var

Qoyun əti dana ətindən daha tünd qırmızı rəngə malikdir. Bunun səbəbi ətə rəng verən miyoqlobulin komponentidir. Mioqlobulinin miqdarı heyvanın yaşından, cinsindən, növündən və fiziki fəaliyyət səviyyəsindən asılıdır. Lakin doğranma zamanı uyğun şəraitdə saxlanmayan və sərin yerdə saxlanılan ətin də bu komponentdəki kimyəvi dəyişikliklər nəticəsində rəngi tündləşə bilər. 

Parlaq və təravətli görünüşünü tərk edərək qəhvəyi rəngə çevrilməsi də heyvanın qocaldığının və ya kəsilməyib uyğun şəraitdə saxlandığının göstəricisi ola bilər.

Mənbə: Sabah

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et