Bu gün:

ABŞ‑nin tarif təhdidinə baxmayaraq qlobal bazarlar stabilliyini saxlayır


Bazar ertəsi dünya səhm bazarları ABŞ-ın 1 avqustdan etibarən ABŞ-AB və Meksika məhsullarına 30 % tarif tətbiq edəcəyi xəbərinə baxmayaraq, “güc nümayiş etdirib”. MSCI qlobal indeks 0,10 %, Dow +0,20 %, S&P +0,14 %, Nasdaq +0,27 % artıb.

Texnologiya sektoruna investor marağı güclü qalıb: Nasdaq və bitkoin yeni rekorda, gümüş isə 14 illik maksimuma yüksəlib. Çin ixracçıları tarif öncəsi malları bazara çıxarmaqla bazara dəstək veriblər.


ABŞ Dövlət istiqrazları sabit qalsa da, Almaniya və Yaponiya uzunmüddətli istiqrazlarında gəlirlər artıb.

Növbəti mərhələdə investorların diqqət mərkəzində Çin Q2 VYİ (təxminən 5,1 %) və ABŞ-ın iyun ayı inflyasiya göstəriciləri olacaq, bu məlumatlar bazarda dalğalanma yarada bilərmiş.



Мənbə: Reuters

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et