Bu gün:

Trampdan Ukraynaya silah və Rusiyaya rüsum hədəsi


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Ukraynaya NATO ölkələri vasitəsilə “ən müasir silahlar” göndərəcək, eyni zamanda müharibənin 50 gün ərzində bitməsi ilə bağlı razılaşma əldə olunmazsa, Rusiyaya qarşı ciddi tariflərlə hədələyib.

“Biz istəyirik ki, Ukrayna nə etmək istəyirsə, onu edə bilsin”, - Tramp Vaşinqtonda NATO baş katibi Mark Rutte ilə görüşdən sonra deyib.

Rutte təsdiqləyib ki, ABŞ Ukraynaya lazım olan hər şeyi NATO vasitəsilə “kütləvi şəkildə təmin etməyə” qərar verib və Avropa ölkələri bu xərcləri ödəyəcəklər.

Tramp bildirib ki, Avropa ölkələri Kiyevə Patriot hava hücumundan müdafiə sistemlərini göndərəcəklər - Ukraynanın Rusiyanın ölümcül hava zərbələrini dəf etmək üçün əsasən etibar etdiyi sistemləri - və onların əvəzinə ABŞ yeni sistemlərlə təmin edəcək.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et