Bu gün:

Çinin yeni silahı: Uzaqdan idarə olunan casus arılar


Çində alimlər və mühəndislər həqiqi arılara bənzəyən, lakin uzaqdan idarə olunan kiçik pilotsuz uçuş aparatları hazırlayıblar. “Casus arılar” adlandırılan bu texnologiya həm hərbi, həm də kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər.

Məlumata görə, bu mikro dronlar təbiətdəki arıların uçuş qabiliyyətini və manevr imkanlarını təqlid edir. Kiçik ölçüləri sayəsində nəzərə çarpmadan müşahidə aparmaq və məlumat toplamaq funksiyalarını yerinə yetirə bilirlər.

Mütəxəssislər bildiriblər ki, belə texnologiyalar gələcəkdə təhlükəsizlik və müdafiə sahələrində yeni imkanlar açacaq. Lakin eyni zamanda, şəxsi məxfiliyə və etik normalara risk yarada biləcəyi ilə bağlı narahatlıqlar da mövcuddur.

Mənbə: NTV

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et