Bu gün:

“Peşə bacarığının ilkin rüşeymi dərnəklərdir”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi Təhsil Eksperti Rəşad Qardaşovdur. O, məktəblərdə keçirilən dərnəklərlə bağlı fikirlərini bildirib.

- Azərbaycanda məktəblərdə şagirdlər üçün keçirilən dərnəklərin fəaliyyətini necə qiymətləndirirsiniz ? 

Peşə bacarığının ilkin rüşeymi dərnəklərdir. Bu dərnəklərdə ixtisaslaşmış kadırların olması mütləqdir. İxtisaslaşmış kadrlar nəticəsində müəyyən peşə bacarığına malik kadrlar yetişir. Bu dərnəklər məktəblərdə fəaliyyət göstərir. Orta məktəblərdə fəaliyyət göstərən dərnəklər peşə biliyinə və peşə ixtisasına yiyələnmək istəyənlər üçün baza rolunu oynamalıdır. Məsələn, rəsm dərnəyi gələcəyin rəssamının yetişdirilməsində, texnologiya dərnəyi gələcəyin İKT mütəxəsisin yetişdirilməsində mühüm rol oynayır. Buraya müxtəlif peşə sahələrini də aid etmək olar.

24media.az xatırladır ki, orta təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin şagirdlərin sosial aktivliyində rolu böyükdür. Belə dərnəklərin fəaliyyətində əsas məqsəd şagirdlərin hərtərəfli inkişafı və asudə vaxtlarının düzgün dəyərləndirilməsidir.

Belə dərnəklər, adətən, məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərirlər. Müəssisələr isə öz fəaliyyətlərini Təhsil Qanunu, digər qanunvericilik və normativ aktlara, məktəbdənkənar müəssisələr haqqında əsasnaməyə müvafiq həyata keçirirlər.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et